AzTV-dən yeni sənədli film: “Qara kabus” – EKSKLÜZİV GÖRÜNTÜLƏR

AzTV-dən yeni sənədli film: “Qara kabus” – EKSKLÜZİV GÖRÜNTÜLƏR

AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan “Qara kabus” adlı yeni filmi yayımlanıb.

Filmdə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, qaçaqmalçılıq marşrutları, dövlət sərhədlərində həyata keçirilən mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının əməliyyatları, eləcə də narkomaniyanın cəmiyyət və insan taleləri üzərində ağır fəsadları geniş şəkildə işıqlandırılır.

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı görülən tədbirlər, son illərdə əldə olunan nəticələr və müasir çağırışlar barədə məlumat veriblər. Filmdə həmçinin sərhəddə keçirilən əməliyyatlardan, dəniz və quru sərhədlərinin mühafizəsindən, müasir texnologiyalardan istifadə edilməklə törədilən cinayət cəhdlərindən bəhs olunur.

“Qara kabus” yalnız təhlükənin miqyasını göstərməklə kifayətlənmir, eyni zamanda narkomaniyadan əziyyət çəkmiş insanların həyat hekayələri vasitəsilə bu bəlanın fərdlərə və ailələrə vurduğu ağır zərbəni tamaşaçıya çatdırır. Maarifləndirmənin əhəmiyyətini ön plana çıxaran film gəncləri yanlış seçimlərin acı nəticələri barədə düşünməyə çağırır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir