Bakı Neft Terminalında güclü YANĞIN – VİDEOYENİLƏNİ

Bakı Neft Terminalında güclü YANĞIN – VİDEOYENİLƏNİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xətai rayonu, Bakı Neft Terminalı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan Musavat.com-a verilən məlumata görə, avqustun 9-u saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda yanacaq çəni yanır.

Hadisə 8 Noyabr prospektində baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Yanğının qarşısının alınması üçün tədbirlər görülür.//APA

Bakıda yanacaq çəni yanır  - FOTO  - VİDEO

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir