Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

“Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır.

ARANTV.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son il yarım ərzində Komitənin hazırladığı 115 milli standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənib və təsdiq edilmiş milli standartların sayı 170-i ötüb.

“Bu standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun olaraq hazırlanır.

Məqsəd iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır”, – məlumatda qeyd olunub.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir