Almaniyada DƏHŞƏT: 12 mindən çox insan həyatını itirdi – ŞOK HESABAT

Almaniyada DƏHŞƏT: 12 mindən çox insan həyatını itirdi – ŞOK HESABAT

Almaniya Səhiyyə Nazirliyinin tərkibinə daxil olan Robert Kox İnstitutunun (RKI) yeni hesabatına əsasən, avqustun əvvəlinə olan məlumata görə ölkədə anomaliya dərəcədə isti hava şəraiti ilə bağlı ölüm hallarının sayı təxminən 12 500 nəfərə çatıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti instituta istinadən məlumat yayıb.

RKI-nin həddindən artıq istilərlə bağlı ölüm halları üzrə son hesabatı 6 aprel – 2 avqust tarixlərini əhatə edir. İnstitut tərəfindən yüksək temperaturlarla əlaqəli əlavə ölüm göstəriciləri üzrə model qiymətləndirməsi aparılıb.

Bu il Almaniyada yüksək temperatur səbəbindən baş verən ölüm hallarının sayı artıq ötən illərin əksəriyyətinin göstəricilərini üstələyib. Müqayisə üçün qeyd edək ki, RKI-nin məlumatına görə, 2018-ci ildə anomaliya isti hava şəraiti təxminən 9 400, 2019-cu ildə isə 7 700 nəfərin ölümünə səbəb olmuşdu.

Hesabatda bildirilir ki, baş verən anomaliya istilərdən ən çox əziyyət çəkənlər Almaniyanın yaşlı sakinləridir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir