Ucarda iki yük maşını toqquşub, ölənlər var – FOTO

Ucarda iki yük maşını toqquşub, ölənlər var – FOTO

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir