Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı

Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin uşaqları ADY ilə səfərə çıxdı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin (ABAM) uşaqları və təlimçiləri üçün qatar səfəri təşkil edib.

Mərkəzin uşaqları onları müşayiət edən təlimçilərlə birgə dəmir yolu səyahətini yaxından yaşamaq imkanı əldə ediblər. Uşaqlar qatarla tanış olub, səfər boyunca yeni təəssüratlar qazanıb və fərqli bir gün keçiriblər.

Layihə çərçivəsində Mikayılın və dostlarının Mərkəzdən başlayan, qatar səfəri ilə davam edən hekayəsi ADY tərəfindən film formatında lentə alınıb. Film bir uşağın qatarlara marağından başlayan və dostları ilə bölüşdüyü səfərin hekayəsini əks etdirir.
Mərkəzin mütəxəssisləri filmdə autizmli uşaqlarda qatarlara marağın yaranmasının səbəblərindən də danışırlar. Qatarın davamlı və nizamlı hərəkəti, təkrarlanan ritmi, fırlanan çarxları, eləcə də pəncərədən ardıcıl dəyişən mənzərələr bəzi uşaqlar üçün maraqlı və rahatladıcı sensor təcrübə yarada bilər. Məhz bu xüsusiyyətlər qatarları onların xüsusi maraq dairəsinə çevirə bilir.

ADY inklüzivliyin təşviqini, fərqli ehtiyacları olan uşaqların ictimai həyatda iştirak imkanlarının genişləndirilməsini və onlar üçün yeni təcrübələrin əlçatan olmasını mühüm istiqamətlərdən biri hesab edir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir