Başlıbel zirvəsində Azərbaycan bayrağı ucaldıldı – FOTO

Başlıbel zirvəsində Azərbaycan bayrağı ucaldıldı – FOTO

Kəlbəcər rayonunun Başlıbel kənd sakinləri Azərbaycanın üçrəngli Dövlət Bayrağını kəndin ən yüksək nöqtələrindən birində ucaldıblar.

ARANTV.AZ  xəbər verir ki, 27 il Ermənistanın işğalı altında qalan Başlıbel 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

Kənd sakinlərinin zirvədə dövlət bayrağını ucaltması Azərbaycanın dövlət atributlarına ehtiramın və doğma torpaqlara qayıdışın rəmzi kimi diqqət çəkir.

Kəndin bütün istiqamətlərindən görünən üçrəngli bayraq Başlıbelin azadlığını, dövlət suverenliyini və sakinlərin doğma yurda bağlılığını simvolizə edir.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir