Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? – analizin nəticələri açıqlandı

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? – analizin nəticələri açıqlandı

Avqustun 14-də Böyükşor gölündə suyun yaşıl rəngə boyanmasının səbəblərinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Musavat.com-a bildirilib ki, analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib. Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.

Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir