Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

Valideynlərin DİQQƏTİNƏ: Ucuz məktəbli formaları ilə bağlı ÇAĞIRIŞ – VİDEO

Məktəblərin açılmasına sayılı günlər qalıb. Valideynlər artıq həyəcan və təlaş içində övladlarının məktəb hazırlıqlarına başlayıblar.

ARANTV.AZ xəbər verir ki, marketlərdə və geyim mağazalarında müxtəlif qiymətlərə – 1, 5, 10, 20 manata və daha yüksək məbləğlərə məktəbli geyimləri almaq mümkündür.

Bəs məktəbli formalarının qiymətlərinin bu qədər fərqlənməsinin səbəbi nədir?

“Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov valideynlərə fabrik istehsalı olan məhsullara üstünlük verməyi tövsiyə edir:

“Rəsmi müəssisələrin istehsal etdiyi malları almaq lazımdır. Vağzalda, bazarda məktəb forması alan adam bilməlidir ki, orada heç bir standarta uyğun olmayan, mənşəyi bilinməyən, keyfiyyətsiz mallar satışa çıxarılır. Biz zəmanət veririk ki, satdığımız malların nə rəngində, nə də özündə heç bir dəyişiklik olmayacaq. Qiymətin ucuz olmasının səbəbi məlumdur – həmin məhsulların heç bir sertifikatı yoxdur, keyfiyyətsizdir və kilo ilə alınmış mallardır. Ona görə də ucuz satılır. Şalvar və ətəklər bizdə endirimdədir. Keçən ildən 15 manata endirmişik. Poloların qısaqolluları 12 manat, uzunqolluları 14 manatdır. Jaketlər əvvəl 30 manat idi, sonra 25 manat oldu, indi isə 20-22 manat arasındadır”.

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir