Gürcüstanda Azərbaycan dili ölkədə ikinci ən geniş yayılmış ana dili kimi qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, Gürcüstanda 2024-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, Azərbaycan dilini ana dili hesab edənlərin sayı təxminən 268,8 min nəfərdir. Bu, ölkə əhalisinin 6,8 faizini təşkil edir.
“Daily Turkic”in yaydığı məlumata görə, Azərbaycan dili ana dili kimi istifadə edənlərin sayına görə Gürcüstanda yalnız gürcü dilindən geri qalır və ikinci pillədə qərarlaşıb.
Bu reallıq Azərbaycan dilinin Gürcüstanda güclü faktora çevrilməkdə olduğunu göstərir.

