MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi

MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) vəfatı ilə bağlı başsağlığı verib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir