Azərbaycanda 1000-dən çox kişiyə atalıq məzuniyyəti verildi

Azərbaycanda 1000-dən çox kişiyə atalıq məzuniyyəti verildi

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişiklikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir