Bir sinifdə 40, digərində 10 şagird – Emin Əmrullayev sıxlıq səbəblərini AÇIQLADI

Bir sinifdə 40, digərində 10 şagird – Emin Əmrullayev sıxlıq səbəblərini AÇIQLADI

“Ümumən sıxlıqla bağlı sizi əmin edirəm ki, bizim bir neçə yüz sinifimiz var ki, orada uşaq sayı 40-dan çoxdur. Amma minlərlə sinifimiz var ki, orada şagird sayı 10-dan azdır. Ona görə sistem olaraq sıxlığı ən böyük problemimiz hesab etmirik”.

ARANTV.AZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev siniflərdə şagird sıxlığı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, sıxlıq əsasən bəzi Bakı məktəblərində, əhalinin sürətlə artdığı ərazilərdə müşahidə olunur. Belə hallarda yeni məktəb binalarının və korpusların tikilməsinin vacib olduğunu deyən nazir Binə, Masazır və Xırdalanı nümunə göstərib.

Emin Əmrullayev sıxlığın digər səbəbinin valideynlərin məktəb seçimi olduğunu da qeyd edib. Onun sözlərinə görə, bəzi valideynlər yaşayış yerinə yaxın məktəbdə yer olduğu halda övladlarını başqa məktəbə aparırlar.

Nazir valideynlərə yaxın ərazidə yerləşən və daha az sıxlığı olan məktəblərə üstünlük verməyi tövsiyə edib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir