Bərdədən Kəlbəcərə tibbi heyət bunun üçün gedib

Bərdədən Kəlbəcərə tibbi heyət bunun üçün gedib

Kəlbəcər rayonunda məskunlaşan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezidentin Kəlbəcər üzrə Xüsusi Nümayəndəliyindən verilən məlumatda deyilir.

Məlumata görə, səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, otorinolarinqoloq, nevropatoloq, stomatoloq, nefroloq, endokrinoloq, USM mütəxəssisi və laborant tərəfindən zəruri tibbi xidmətlər göstərilib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir