Dairə Seçki Komissiyaları yenidən formalaşdırıldı – Seçkiyə hazırlıq, yoxsa…

Dairə Seçki Komissiyaları yenidən formalaşdırıldı – Seçkiyə hazırlıq, yoxsa…

Məzahir Pənahovun sədrliyi ilə sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MSK Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Musavat.com-a verilən məlumata görə, iclasda ölkə üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.

MSK-nın iclasında aparılan müzakirələrdən sonra qanunvericiliyin prinsipləri əsas götürülməklə, namizədliyi təqdim olunan şəxslərin müvafiq seçki dairələri üzrə dairə seçki komissiyalarının üzvləri təyin edilməsinə qərar verilib və bütün dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb.

Dairə Seçki Komissiyalarının yenidən formalaşdırılması ölkədə yaxın vaxtlarda növbədənkənar seçkilərin ola biləcəyi barədə fikirlərin yayılmasına yol açıb. Belə iddialar səslənir ki, Milli Məclisin qəfil buraxılacağı və gələn ilin qışında növbədənkənar parlament seçkiləri keçiriləcəyi istisna deyil və DSK-ların yenidən formalaşdırılması buna hazırlıqdır.

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü  Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər -  AZƏRTAC

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məsələ ilə Musavat.com-a bildirib ki, hazırda ölkədə növbədənkənar seçkiyə gediləcəyini təsdiqləyən hər hansı informasiya, qərar yoxdur, həmçinin müzakirələrin də aparıldığı müşahidə edilmir. Dairə Seçki Komissiyalarının yenidən formalaşdırılması isə Seçki Məcəlləsinin tələbidir:

“Seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Milli Məclis tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il aprelin 27-də Mərkəzi Seçki Komissiyası yeni tərkibdə formalaşdırılıb.

Respublikadakı 125 seçki dairəsinin Dairə Seçki Komissiyalarına da üzvlər təyin olunmalı və dairə seçki komissiyaları yenidən təşkil edilməli idi. Qanunun bu tələbi həyata keçirilib. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hər bir Dairə Seçki Komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə-bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür”.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir