ARANTV.AZ xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır.
“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbiçilərinin maaşları orta hesabla 25% yaxın və daha çox artır. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70%-ə qaldırılır. Müdafiə Nazirliyinin hərbiçilərinin pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.
Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək.
Güclü sosial təminat Müzəffər Ordumuzun haqqıdır ki, var!”, – Ə.Verdiyev vurğulayıb.

