Türkiyə Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiram mesajı yayımlayıb.
ARANTV.AZ “Haber Global”a istinadən xəbər verir ki, nazirliyin rəsmi sosial media hesabındakı paylaşımda deyilir:
“27 Sentyabr – Anım Günü münasibətilə Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı dərin ehtiram və rəhmətlə anırıq. Türkiyə “Tək millət, iki dövlət” prinsipi ilə hər zaman qardaş Azərbaycanın yanında olmağa davam edəcək”.

