Müddətini başa vurmadan prezidentlikdən qəfil istefa verdi – Azərbaycanın yaxın dostu idi…

Müddətini başa vurmadan prezidentlikdən qəfil istefa verdi – Azərbaycanın yaxın dostu idi…

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb.

ARANTV.AZ  xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazir postu uğrunda mübarizə aparacaq.

Vuçiç daha əvvəl də 2014–2017-ci illərdə Serbiyanın baş naziri vəzifəsində çalışıb. Serbiya Konstitusiyasına əsasən, bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Vuçiç hazırda ikinci prezidentlik müddətində idi.

Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi uzun müddətdir davam edən siyasi gərginlik və etirazlar fonunda gündəmə gəlib. Etirazların mühüm mərhələsi 2024-cü ilin noyabrında Novi Sad dəmiryol vağzalında beton konstruksiyanın uçması və insanların həlak olmasından sonra başlayıb.

Prezidentin istefasından sonra dövlət başçısının səlahiyyətlərinin müvəqqəti icrası və yeni prezident seçkisinin keçirilməsi Serbiya qanunvericiliyinə uyğun həyata keçiriləcək.

Vuçiç Azərbaycanın yaxın dostudur. Onun prezidentliyinin ikinci dönəmində Azərbaycanla Serbiya arasında ciddi yaxınlaşma baş verib. Əminik ki, o, baş nazir olduğu müddətdə də bu yaxınlaşma davam edəcək.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir