Bakıdan Qırğızıstan həmləsi – Azərbaycan dili rəsmən ölkədə…

Bakıdan Qırğızıstan həmləsi – Azərbaycan dili rəsmən ölkədə…

Azərbaycan dili Qırğızıstanın paytaxtı Bişkekdə iki ümumtəhsil məktəbində tədris olunmağa başlayacaq.

ARANTV.AZ  xəbər verir ki, təşəbbüs iki ölkə arasında müəllimlərin qarşılıqlı mübadiləsi çərçivəsində həyata keçirilir.

Azərbaycan dili dərslərini Qırğızıstana göndərilən müəllim Ülkər Verdiyeva aparacaq. O, Bişkekdə Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə və Heydər Əliyev adına 20 nömrəli məktəbdə şagirdlərə Azərbaycan dilini öyrədəcək.

Ülkər Verdiyeva Qırğızıstana Azərbaycan və qırğız dilləri üzrə müəllimlərin qarşılıqlı mübadiləsi ilə bağlı əldə edilmiş razılaşma əsasında göndərilib.

Proqram qarşılıqlı xarakter daşıyır. Qırğızıstandan bir müəllim də Azərbaycana gələrək qırğız dili və ədəbiyyatını tədris edəcək.

Azərbaycan müəlliminin təqdimatı Qırğızıstanın maarif naziri Dögdürkül Kəndirbayeva ilə Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilovun görüşü zamanı keçirilib.

Qeyd edək ki, Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilmiş iki məktəb fəaliyyət göstərir. Bunlar Nizami Gəncəvi adına 103 nömrəli məktəb və Heydər Əliyev adına 20 nömrəli məktəbdir.

Hər iki məktəb 2022-ci ildə Prezident İlham Əliyevin Bişkekə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə açılıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir