“Flydubai” aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İsrailə planlaşdırılan reysləri Təl-Əvivə uçan təyyarədə baş verən insidentdən sonra 6 gün müddətinə təxirə salır.
Musavat.com-un xəbərinə görə, bu barədə İsrailin “12-ci kanalı” məlumat yayıb.
Məhdudiyyət oktyabrın 1-i səhər saatlarından etibarən qüvvəyə minir.
Bu müddət ərzində BƏƏ-dən Təl-Əvivə reysləri “Flydubai” əvəzinə İsrail aviaşirkətləri həyata keçirəcək və təyyarələrdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Telekanal bildirir ki, qərar sentyabrın 30-da İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən razılaşdırılıb.
Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında BƏƏ-dən İsrailə uçan “Flydubai” təyyarəsinin qaçırılmasına cəhd edildiyi barədə məlumat yayılıb.
İkinci pilot bıçaqla kapitana xəsarət yetirərək hava gəmisini yerə doğru yönəltməyə və qəza törətməyə çalışıb. O, sərnişinlər və xidmət kənarı uçan iki pilot tərəfindən zərərsizləşdirilib.

