Bu gün YAP-ın qurultayıdır

Bu gün YAP-ın qurultayıdır

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçiriləcək.

ARANTV.AZ  xəbər verir ki, toplantı Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında ümumilikdə 16239 nəfərin iştirakı ilə hesabat konfransları keçirilib, qurultaya 960 nəfər nümayəndə seçilib.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir