Bərdədə pambıq yığımı işləri davam etdirilir

Bərdədə pambıq yığımı işləri davam etdirilir

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon ərazisində pambıq yığımının başlanması ilə əlaqədar “Prime Cotton” MMC-nin Bərdə filialında olmuş, yığım prosesinə cəlb olunan kənd təsərrüfatı texnikalarının vəziyyəti və hazırlıq səviyyəsi ilə tanış olmuşdur.

Daha sonra rayon rəhbəri Lənbəran kəndində pambıq yığımının gedişinə baxış keçirmiş, yığım prosesinin vaxtında və itkisiz təşkili ilə bağlı görülən tədbirlərlə tanış olmuşdur.

Bildirilib ki, pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması və müasir aqrotexniki tədbirlərin tətbiqi Bərdədə kənd təsərrüfatının əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Pambıq yığımı dövründə texnikanın sahələrə vaxtında cəlb olunması, məhsulun itkisiz və keyfiyyətli şəkildə toplanması, fermerlərin qarşılaşa biləcəyi problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlarda kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin və fermerlərə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Prezidentin həmin müşavirədə qeyd etdiyi kimi, pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində istehsal və məhsuldarlıq göstəricilərində əhəmiyyətli artım əldə olunmuşdur.

Eyni zamanda, 25 may 2026-cı il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılmasını və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsini nəzərdə tutur.

Bərdədə də qarşıya qoyulan vəzifələrə uyğun olaraq kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, fermerlərin fəaliyyətinin dəstəklənməsi, məhsuldarlığın yüksəldilməsi və müasir texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir