Ağdamın tarixi şöhrəti bərpa olunurFOTO

Ağdamın tarixi şöhrəti bərpa olunurFOTO

“Ağdam şəhərində 3 mindən çox adam yaşayır. Ümumilikdə, Ağdam rayonunda 8 mindən çox adam yaşayır. Bu ilin sonuna qədər Ağdam rayonunda mülki əhalinin sayı 21 minə çatacaq”. 

Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

WhatsApp Image 2026-10-05 at 12.41.37.jpeg (130 KB)

E.Hüseynov həyata keçirilən infrastruktur layihələrindən bəhs edib:

“Bərdə-Ağdam 44 kilometrlik Bərdə-Ağdam yolu dünya səviyyəsində çəkilmiş bir yoldur, bütün beynəlxalq standartlara uyğun gəlir. Bərdə-Ağdam 47 kilometrlik dəmir yol xəttinin Xankəndiyə qədər davam etməsi və bu ilin sonuna qədər bitməsi gözlənilir. Daha sonra artıq gündəlik əsasda Bakı-Ağdam-Xankəndi qatarlarının fəaliyyət göstərəcəyini gözləyirik. Bu, həm sakinlər üçün, həm də sahibkarlar üçün olduqca əhəmiyyətlidir. Layihələrdən biri Ağdam Sənaye Parkıdır. İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən idarə olunan Ağdam Sənaye Parkı son 5 il yarımda ölkədə ən böyük ikinci sənaye parkına çevrildi. Tamamilə mina ilə çirklənmiş, heç bir infrastruktur olmayan ərazidə həyata keçirilmiş bu təşəbbüs sahibkarlar tərəfindən dəstəkləndi. Ölkədə ikinci ən böyük sənaye parkına çevrilmiş bu parkda artıq 170 milyon manata qədər investisiya qoyulub. Burada 1200 nəfərdən çox adam çalışır ki, onlar əsas etibarilə işğaldan azad olunmuş Ağdama köçmüş sakinlərdir. 9-dan çox müəssisə artıq nəinki fəaliyyət göstərir, nəinki öz məhsullarını daxili bazarda satır, həmçinin ixrac edirlər. Bu, artıq Ağdamda iqtisadiyyatın, sahibkarlığın dirçəlişinin ən bariz nümunəsidir”.

Emin Hüseynov bildirib ki, vaxtı ilə Ağdam rayonunda 21 min hektardan çox üzüm bağları olub:

“Bu, bütün respublikanın üzüm bağlarının 6-8 faizini təşkil edirdi. Ağdamın kənd təsərrüfatı və kənd təsərrüfatının emal sənayesi sahəsində şöhrəti, statusu var idi. ​Ağdamda 33 min hektara yaxın əkinə yararlı torpaq sahəsi var. Ümumilikdə, Ağdam, Füzuli, Xocavənd rayonlarında 50 min hektardan çox əkinə yararlı torpaqların 24 min hektarı hələ dövriyyəyə cəlb olunmayıb. Hər kəsi bu torpaqlardan istifadəyə dəvət edirik”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir