Metroya milyonlar ayrılır – yeraltı nəqliyyatda sıxlığa SON?

Metroya milyonlar ayrılır – yeraltı nəqliyyatda sıxlığa SON?

Bakı metrosunda sərnişin sıxlığı, qatarların gözləmə müddəti və pik saatlarda yaranan problemlər uzun müddətdir gündəmdədir. Bu problemlərin həlli istiqamətində yeni layihə nəzərdə tutulur. Asiya İnkişaf Bankı Bakı metrosunun siqnalizasiya sisteminin yenilənməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon dollar kredit ayrılmasını təsdiqləyib. Layihənin əsas məqsədlərindən biri qatarlararası intervalları azaltmaq və sərnişindaşıma imkanlarını yaxşılaşdırmaqdır.

Gənc qadın metroda soyundu - VİDEO - Yeni Çağ

Bəs bu qədər böyük maliyyə vəsaiti metroda sıxlığın azalmasına nə vaxt təsir göstərəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycanda bir çox sahəyə kredit ayırır və müxtəlif layihələrə dəstək göstərir, bu istiqamətlərdən biri də metropolitendir. Onun sözlərinə görə, bank dəmir yollarının inkişafına da maliyyə dəstəyi göstərib.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Ekspert hesab edir ki, Bakı metrosunun siqnalizasiya sisteminin yenilənməsi və rəqəmsallaşdırılması texniki problemlərin həllinə yönəlmiş addımlardır: “Lakin bu layihə metroda mövcud olan bütün problemləri aradan qaldırmaq üçün kifayət etmir. Metroda bütün problemlərin həlli onun daha da inkişaf etdirilməsindən, yeni metrostansiyalarının tikilməsindən keçir. Metro şaxələndirilməli, stansiyaların sayı indiki ilə müqayisədə ən azı iki dəfə artırılmalıdır”.

Onun dediyinə görə, mövcud problemlərin bir ilə, yaxud beş ilə həll ediləcəyini düşünmək düzgün olmaz: “Bunlar uzunmüddətli perspektivdə həyata keçirilməli olan işlərdir və qısa müddətdə bütün problemləri aradan qaldırmaq mümkün deyil. Amma əsas məsələ odur ki, dövlətin bu istiqamətdə iradəsi və marağı var, problemlərin həlli üçün addımlar atılır. Asiya İnkişaf Bankının ayırdığı vəsait də müəyyən məsələlərin həllinə dəstək olacaq. Amma sərnişinlərin tam rahatlıq tapacağını, gündəlik gediş-gəlişdə hansı dəyişikliklərin baş verəcəyini indidən dəqiq demək çətindir”.

Ekspert deyib ki, burada söhbət, siqnalların həlli ilə bağlı texniki məsələlərdən gedir: “Rəqəmsallaşdırma və süni intellekt əsaslı texnologiyaların tətbiqi qatarlararası intervalların azaldılmasına və digər texniki problemlərin həllinə kömək edə bilər. Lakin bundan sonrakı mərhələdə də metronun inkişafı davam etdirilməlidir. Sərnişin sıxlığını aradan qaldırmaq üçün metro şəbəkəsi genişləndirilməli, yeni stansiyalar tikilməli və sərnişindaşıma imkanları artırılmalıdır”, – deyə Elməddin Muradlı bildirib.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir