Hüsniyə hakim qarşısına çıxdı – VİDEO

Hüsniyə hakim qarşısına çıxdı – VİDEO

Amerikada yaşayan azərbaycanlı aparıcı Hüsniyə Məhərrəmova yol hərəkəti qaydalarını pozduğu üçün məhkəmə qarşısına çıxacaq.

Bu barədə Hüsniyə sosial şəbəkədə paylaşım edib. O, sürət həddini aşdığına görə 20 gün həbs cəzası ala biləcəyini bildirib.

“İlk dəfədir məhkəməyə gedirəm. Sürəti aşdığım üçün hakimlə danışacağam. Özümü qoruya bilməsəm, 20 gün həbs və nə qədərsə cərimə düşür. 20 gün həbs maraqlıdır. Vəkil deyir ki, aparıcı keçmişini yadına sal və özünü müdafiə et. Özüm özümü müdafiə etməliyəm” deyə, Hüsniyə qeyd edib.

O, daha sonra məhkəmənin başa çatdığını bildirib:

“Bir həftədir mətn əzbərləyirdim, heç deməyə imkan vermədilər. Dedilər, 4 saatlıq onlayn kurs var, onu keçin bitsin”./axsam.az/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir