115 kq çörək, 44 kq ət yemişik

115 kq çörək, 44 kq ət yemişik

2025-ci ildə Azərbaycanda əhalinin adambaşına düşən illik orta ərzaq istehlakı göstəriciləri bəlli olub.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkə üzrə adambaşına orta hesabla 115,7 kiloqram çörək, 44,9 kiloqram ət və ət məhsulları, 269,1 kiloqram süd və süd məhsulları, 136,5 kiloqram tərəvəz və 198 ədəd yumurta istehlak olunub.

Qeyd olunan rəqəmlər əhalinin əsas ərzaq məhsulları üzrə illik tələbat göstəricilərini əks etdirir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir