BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb.

Bu barədə əmirlik hökumətinin məlumatında deyilir.

Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi qəbul edilib.

Müvafiq xidmətlər lazımi tədbirləri gördükdən və onun ərazisində olmağın təhlükəsizliyini təsdiqlədikdən sonra çimərlik ziyarətçilər üçün yenidən açılacaq.//Report

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir