Güneyçartarda nələr baş verir? 30 ailənin gedəcəyi kənddən ƏN SON FOTOLAR

Güneyçartarda nələr baş verir? 30 ailənin gedəcəyi kənddən ƏN SON FOTOLAR

Güneyçartar Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsinə daxil olan kənddir. Yaşayış məntəqəsinin adı bəzi mənbələrdə Güneycarpaz variantında da qeydə alınıb.

Toponimik izaha görə, kəndin adı “güney” və “cartar” (və ya “cartaz”) komponentlərindən yaranıb. “Güney” günəş düşən, cənub istiqamətində yerləşən ərazini, “cartar/cartaz” isə dağdakı uçurum və yarğanı ifadə edir. Bu baxımdan toponim “cənubda yerləşən yarğanlı dağ” mənasını daşıyır və kəndin coğrafi mövqeyi ilə əlaqələndirilir.

Güneyçartar kəndi 1992-ci ildən 2020-ci il noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin işğalı altında olub.

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə daxil edilib. Beləliklə, 44 günlük müharibədən sonra da kənd Azərbaycanın nəzarətinə qaytarılmamışdı.

Günəş s.jpg (170 KB)

2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyi tam bərpa olunub. Güneyçartar kəndi də Azərbaycanın suverenliyinə qayıdıb. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması, kommunal xidmətlərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

Güneyçartarda görülən işlərin mühüm istiqamətlərindən biri qazlaşdırmadır. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin 2026-cı il oktyabrın 19-da yaydığı məlumata görə, kənddə qaz xətlərinin çəkilişi mərhələli şəkildə həyata keçirilir.

günəş s yol.jpg (337 KB)

Qarabağ Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Qiyas Abdullayevin açıqlamasına əsasən, Güneyçartarda ümumilikdə 4 519 metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Həmin tarixədək 1 388 metrədək xəttin çəkilişi başa çatdırılıb, ərazidə qazıntı işləri də aparılıb.

Məlumata görə, 2026-cı il ərzində kəndə 30 ailənin köçürülməsi planlaşdırılıb. Qazlaşdırma işlərinin tamamlanması kənddə yaşayış şəraitinin yaxşılaşdırılması və sakinlərin təbii qazla təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ailələrin doğma yurda qayıdışı üçün yalnız evlərin deyil, kommunal xidmətlərin, elektrik və su təchizatının, yolların və digər zəruri infrastrukturun da hazır olması vacibdir.

Güneyçartar.jpg (265 KB)

yollar.jpg (400 KB)

Zanit.jpg (240 KB)

meşə.jpg (298 KB)

dağlar.jpg (296 KB)

kol12.jpg (237 KB)

ev adam.jpg (340 KB)

texnika.jpg (398 KB)

meçə.jpg (259 KB)

mese.jpg (392 KB)

evler.jpg (387 KB)

qamıs.jpg (264 KB)

təpə.jpg (309 KB)

Şahane.jpg (146 KB)

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir