Hərbi qanunvericilikdə vacib dəyişikliklər – komitə sədri açıqladı

Hərbi qanunvericilikdə vacib dəyişikliklər – komitə sədri açıqladı


Milli Məclisin iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com-un məlumatına görə, layihə barədı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Komitə rəhbəri qeyd edib ki, təklif olunan Qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb:.

“Layihə ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinin “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir.

Yəni layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir.
Sözügedən layihə müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən vizalanıb.
Birinci oxunuşda layihənin müzakirəsi vaxtı öz fikirlərini bildirən həmkarlara, şəxsən sizə hörmətli sədr,  hörmətli Ziyafət Əsgərova, Sahib Alıyevə, Səyavuş Novruzova və Bəhruz Məhərrəmova təşəkkürümü bildirirəm. Layihə ilə əlaqədar əlavə rəy və təklif daxil olmayıb”.
A.Nağıyev qeyd edib kk, Qanun layihəsi 2 – ci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində  müzakirə edildikdən sonra   plenar iclasa, ikinci oxunuş üçün tövsiyyə edilib: “Səs verməyinizi xahiş edirəm”.
Deputatlar Qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir