Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, layihəyə əsasən, küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.
Belə ki, kazırda küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Təqdim olunan layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Bu, nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

