Qışda istilik xərcləri artacaq – Qazanxanalar binaların damına köçürülsün- TƏKLİF

Qışda istilik xərcləri artacaq – Qazanxanalar binaların damına köçürülsün- TƏKLİF

Qış mövsümünün yaxınlaşması ilə mənzillərin istiliklə təminatı və kommunal xərclər məsələsi yenidən aktuallaşır.

Soyuq havalarda qaz, elektrik enerjisi və istilik sərfiyyatının artması ailələrin aylıq büdcəsinə əlavə yük yaradır. Xüsusilə mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmayan binalarda yaşayan sakinlər qış aylarında mənzillərini qızdırmaq üçün əlavə xərc çəkməli olurlar. Digər tərəfdən, bəzi yaşayış binalarında istilik sistemlərinin vəziyyəti və istiliyin mənzillərə lazımi səviyyədə çatdırılması da sual doğurur.

Vüqar Oruc: Qiymətləndirmə fəaliyyəti Prezident İlham Əliyevin qayğısı  sayəsində mühüm instituta çevrilib - AZƏRTAC

İqtisadçı Vüqar Oruc mövzu ilə bağlı Musavat.com-a deyib ki, kommunal xərclərin artması yalnız payızın sonu və qış mövsümünə təsadüf etmir, hər il bu mövsümdə kommunal xərclər artır:

“Çünki qışda daha çox enerji tələb olunur. Həm elektrik enerjisinin, həm də qazın daha çox istifadə edilməsi evlərin isidilməsində və isti su təminatında yaranan əlavə ehtiyaclara uyğun olaraq qiymətləri formalaşdırır. Yeni yanaşmaya əsasən, qazanxanaların istilik təminatını həll etməsi və yeni tikilən binalarda kombilərin quraşdırılmasına icazə verilməməsi yeni yanaşma tələb edir. Bu da, öz növbəsində, xərclərin artmasına səbəb olur. Bu problemin həlli üçün ilk növbədə alternativ enerji mənbələrindən istifadə edilməsi və bu enerjinin əlçatan, xərclərinin isə daha ucuz olması vacib şərtlərdən biridir. Hazırda alternativ enerji tətbiqi məhdud nümunələrlə təmsil olunduğu üçün daha böyük xərclərə gətirib çıxarır. Lakin alternativ enerjinin geniş yayılması və istifadəsi onun maya dəyərinin azalmasına səbəb ola bilər”.

İqtisadçıya görə, istilik təminatında əsas problemlərdən biri izolyasiyanın müasir dünya standartları səviyyəsində həll olunmamasıdır:

“Nəinki köhnə binalarda, hətta yeni binalarda da hava izolyasiyası kifayət qədər yüksək səviyyədə deyil. Bu hal enerji effektivliyini azaldır və enerji sərfiyyatını artırır. Yeni qaydalara görə, bundan sonra tikilən binaların enerji pasportu məsələsi gündəmdə olacaq. Enerji pasportunda enerji effektivliyi qeyd olunacaq. Enerji effektivliyi bir kvadratmetrə istifadə olunan elektrik enerjisinin və qazın həcmini göstərəcək. Eyni zamanda da alternativ enerji mənbələrindən istifadə edilib-edilməməsi həmin enerji pasportlarında qeyd olunacaq.

İstilik sisteminin təmin olunması üçün mövcud məlumatlara əsasən, 599 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3838 yaşayış binasının təqribən180 minə yaxın binanın istiliyi də təmin edilməsi nəzərdə tutulur.

Bu da problem nədədir? Boruların keyfiyyəti, nasosların gücü və sair tam həll olunmayana qədər istilik problemi həll olunmuş sayılmır.

Ona görə də avadanlıqların, qurğuların yenilənməsi, boruların o cümlədən yenilənməsi istilik təminatının yüksək səviyyədə həyata keçirilməsinə şərait yarada bilər. Birinci bu məsələdən təbii ki, başlamaq lazımdır”.

Vüqar Oruca görə, mərkəzləşdirilmiş istilik sisteminin əhatə dairəsi məhduddur:

“Məhz köhnə yaşayış fondunun müəyyən hissəsində bilirsiniz ki, mərkəzləşdirilmiş istilik sistemini müstəqillik qazanan zaman biz Azərbaycan Respublikası, onlar hamısı yığışdırılıb. Yəni borular kəsilib, sistem aradan qaldırılıb və onların yerinə kombilər quraşdırılıb.

Ona görə də bu sistemin effektiv işləməsi üçün çox böyük xərclər tələb olunur. Yenidən həmin evlərin mərkəzləşdirilmiş istilik sisteminə qoşulması üçün kifayət qədər böyük xərclər tələb olunur. Həm boruların alınması, həm qurğular, həm xətlərin çəkilməsi və sair. Bu, ciddi xərclərin meydana gəlməsinə səbəb olur.

Sonra digər tərəfdən, bizdə bilirsiniz ki, qazanxanalar adətən binaların həyətində yerləşir. Bax, bu amilə də xüsusilə diqqət yetirmək lazımdır. Nə qədər nasos güclü olsa da, yuxarı mərtəbələrdə istilik təminatı aşağı mərtəbələrə nisbətən zəif olur.

Ona görə də daha yaxşı olar ki, qazanxanaların, binaların üst qatında yerləşməsi, nasosların orada qurulması və istiliyin yuxarıdan aşağı verilməsi daha effektiv ola bilər ki, bu, istiliyin paylanmasını bina üzrə və ədalətli şəkildə bölgüsünü, eyni zamanda bütün nöqtələrə çatdırılmasını təmin edə bilər”.

Ekspert onu da qeyd edib ki, köhnə istilik xətləri mərhələli şəkildə mütləq yenilənməlidir:

“İstilik itkilərinin azaldılması üçün izolyasiya sistemi yenidən təşkil olunmalıdır və gücləndirilməlidir. Sonra istilik sərfiyyatının ölçülməsi və eyni zamanda fərdi tənzimləmə imkanları genişləndirilməlidir. Mərkəzləşdirilmiş istilik sistemi olmayan yaşayış massivləri üçün də alternativ və iqtisadi cəhətdən əlçatan istilik mərkəzlərinin yaradılması, istilik xəttlərinin hazırlanması proqramı həyata keçirilməlidir, layihəsi həyata keçirilməlidir.

Qəza olan, nasazlıqlar olan yerlərdə operativ müdaxilə üçün konkret Azərsu-istilik təchizatı müvafiq briqadalar yaradılmalıdır. Əgər biz bütün ölkə üzrə buna keçiriksə, təbii ki, burada qəzalar, nasazlıqlar 100% olacaq.

Sonra bir həmçinin bir məsələni də qeyd edirəm, enerji səmərəliliyi binalarda artırılmalıdır, köhnəliyindən-yeniliyindən asılı olmayaraq. Müasir dövrün tələbləridir, müasir dövrün tələbləridir və enerji effektivliyi nə qədər çox olsa, bu, həm ekoloji islahatın aradan qaldırılmasına, ekoloji sağlamlığa və təmizliyə gətirib çıxardar. Eyni zamanda da təbii ki, xərc baxımından vətəndaş üçün uyğun olar və ətraf mühitin qorunması baxımından da önəm kəsb edər”.

 

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir