İqtisadiyyat nazirindən artımlarla bağlı nikbin açıqlamalar

İqtisadiyyat nazirindən artımlarla bağlı nikbin açıqlamalar

İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdəki büdcə müzakirələri zamanı çıxış edərkən bildirib ki, sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizdən çoxdur.

Musavat.com-un məlumatına görə, nazir bildirib ki, qeyri-neft-qaz sektorunda struktur dəyişikliyi baş verir.

“Qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər sektorları artımın aparıcı sahələrinə çevrilir. Təkcə bir fakt qeyd oluna bilər ki, cari ilin 9 ayında sənaye zonalarının ölkənin qeyri-neft-qaz sənaye istehsalında payı 19 faizdən, ixracda payı isə 23 faizdən çoxdur”, – nazir deyib.

Mikayıl Cabbarov bildirib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb.

“İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır. Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir”, – nazir qeyd edib.

İqtisadiyyat naziri bildirib ki, 2018-ci ildən bəri ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artıb.

“Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb”, – M.Cabbarov əlavə edib.

Mikayıl Cabbarov qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 2 dəfədən çox artdığını da deyib.

“Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. 2019-cu ilin əvvəlindən bəri qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı isə 2 dəfədən çox (541 min artım) artıb və hazırda ümumi əmək müqavilələrinin 57 faizi bu sektorun payına düşür. Təkcə cari ilin 10 ayında sektorda əmək müqavilələrinin sayı 49 minədək artıb”, – nazir vurğulayıb.

E.Paşasoy,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir