Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradılıb
ARANTV.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyev nazirliyin qarşısında fermerlərə daha yaxın…
