Erməni tərəfi atəşkəs rejimini 73 dəfə pozub

ARANTV.AZ xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 73 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş…

Daha çox ..

BTC ilə ixrac olunan xam neftin həcmi açıqlanıb

2018-ci ilin 1-ci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib. ARANTV.AZ  bildirir ki, BP-dən trend-ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri…

Daha çox ..

Sahibkarlığa Kömək Milli Fondunun ləğvi nəyi dəyişəcək? – RƏY

Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun ləğv edilməsinə dair fərman imzalayıb. ARANTV.AZ xəbər verir ki, fondun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə fondu 1,1 milyard manatdır. Fondun yenidən təşkilini və ya ləğvini Azərbaycan Respublikasının prezidenti həyata keçirir. Dəyişikliyə münasibət bildirən millət vəkili Vahid…

Daha çox ..

Rəsmi Bakı işğal olunmuş ərazilərin qaytarılmasını tələb edir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar açıqlama yayıb. ARANTV.AZ-ın məlumatına görə, H. Hacıyev bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM, daha sonra – ATƏT) çərçivəsində 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edilib. Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh…

Daha çox ..

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ARANTV.AZ xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan…

Daha çox ..

Elman Rüstəmov: “Azərbaycanın reytinqlərin yaxşılaşdırılması üçün potensialı var”

Azərbaycan beynəlxalq reytinqlərin artırılması üzərində işini davam etdirəcək. ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib. O deyib: “Biz hesab edirik ki, beynəlxalq reytinq agentlikləri ölkənin milli iqtisadiyyatındakı vəziyyəti tam düzgün və obyektiv qiymətləndirmir. Amma digər tərəfdən, demək istəyirəm ki, bu reytinqlərdə irəliləmək üçün bizim potensialımız var…

Daha çox ..

Kənd təsərrüfatı ilə bağlı vacib – QƏRAR

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. ARANTV.AZ xəbər verir ki, fərmanda Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi…

Daha çox ..

Ordu üçün yığılan vəsaitin məbləği açıqlandı

Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 2-dək  92.819.877,45 AZN, 213.577,88 ABŞ dolları, 11936,0 avro və 5000,0 rubl vəsait daxil olub. oxu.az

Daha çox ..

Rusiyadan gətirilən toyuq ətinə – QADAĞA

Rusiyanın bəzi regionlarından Azərbaycana heyvan və quş ətinin gətirilməsinə qadağa qoyulub. ARANTV.AZ xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Məsələ ilə əlaqədar Azərbaycan tərəfi adları çəkilən bölgələrdən ölkəyə diri quş və quşçuluq məhsullarının idxalını müvəqqəti məhdudlaşdırır….

Daha çox ..