Xanlar Vəliyev hərbi cinayətlərlə bağlı hesabat verdi
“Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub”. ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O qeyd edib ki, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi…