Suriyada terror: 30 ölü
Suriyada partlayış baş verib. ARANTV.AZ milli.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputniknews yayıb. Məlumatda bildirilir ki, Əs-Süeydə şəhərində marketin yaxınlığında baş verən partlayış nəticəsində 30 nəfər ölüb, xeyli yaralı var. Hadisənin terror aktı olduğu qeyd olunub. Tvitter-də yayılan məlumata görə, intiharçı-hücumçular 3 yerdə partlayış törədiblər, insanlara atəş açılıb.