Bakıya uçan təyyarə məcburi eniş etdi

Bakıya uçan təyyarə məcburi eniş etdi

Tümendən Bakıya uçan “UTair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Rusiyanın Ufa şəhərində məcburi eniş edib.

Bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb. Bildirilib ki, təyyarə avqustun 12-də yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 20:15) “Ufa” Beynəlxalq Hava Limanına enib. Məlumata görə, təyyarə normal şəkildə eniş edib. Hazırda hadisə ilə bağlı yoxlama aparılır.

Qeyd edək ki, bundan əvvəl Batumidən Permə uçan “Red Wings Airlines” şirkətinə məxsus təyyarə də texniki nasazlıq səbəbindən Yekaterinburqun “Koltsovo” hava limanına məcburi eniş etmişdi.//Demokrat.az

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir