İlham Əliyev balaca Gülərin arzusunu belə reallaşdırdı – VİDEO

İlham Əliyev balaca Gülərin arzusunu belə reallaşdırdı – VİDEO

İyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb.

ARANTV.AZ  xəbər verir ki, görüş zamanı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edən dövlət başçısından balaca Gülər Əsədova traktor istəyib.

AzTV komandası Kiçik Qaladərəsi kəndində olub, həm kəndə qayıdışdan sonra burada həyatın necə canlandığını, həm də balaca Gülərin arzusunun necə gerçəkləşdiyini lentə alıb.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qarşılayan Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə – 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək.
Balaca Gülərin Prezidentdən istədiyi traktor isə artıq Əsədovlar ailəsinə təqdim olunub.

Daha ətraflı videoda.

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir