İlham Əliyevin Pezeşkianla görüşü keçirildi – VİDEO

İlham Əliyevin Pezeşkianla görüşü keçirildi – VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub.

ARANTV.AZ  xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran prezidentlərinin görüşləri və telefon danışıqları məmnunluqla xatırlandı, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri və aparılmış müzakirələr qeyd olundu.

Prezident Məsud Pezeşkian iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələrinin olduğunu deyərək, İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi Azərbaycanın mövqeyinin yüksək qiymətləndirildiyini bir daha bildirdi.

Azərbaycan Prezidenti İranın qeyri-üzv dövlət kimi “MDB plyus” formatında ilk dəfə iştirakına toxundu.

Görüşdə Ağbənd–Kəlalə layihəsinin icrası ilə əlaqədar işlərin yekunlaşma mərhələsində olduğu məmnunluqla qeyd edildi.

Söhbət əsnasında vurğulandı ki, Qırğızıstanın paytaxtı Bişkekdə dövlət başçılarının sonuncu görüşü zamanı ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində iki ölkənin aidiyyəti qurumları fəaliyyətini davam etdirir.

14:35

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.

ARANTV.AZ  xəbər verir ki, görüş Türkmənistanın Türkmənbaşı şəhərində baş tutub.

***

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilir.

ARANTV.AZ  xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir