Putin BMT Baş Assambleyasında iştirak etməyəcək
Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda baş tutacaq növbəti sessiyasında iştirak etməyəcək.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Xeyr, prezidentin planlarında belə bir səfər yoxdur”.
BMT Baş Assambleyasının iclası sentyabrın 18-də başlayacaq. Sessiyanın ilk önəmli hadisəsi sentyabrın 24-də keçiriləcək Nelson Mandela Sülh Sammitidir.
Sentyabrın 25-də isə BMT-yə üzv ölkələrin liderləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı ilə ümumi müzakirə aparılacaq.

