Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdiFOTO

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdiFOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir iki gün ərzində 379 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 461 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir