Cəmiyyət 

Ali məktəblərə I mərhələdən sonra qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

ARANTV.AZ xəbər verir ki, Ali məktəblərə I mərhələdən sonra qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Abituriyentlər saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndirilir. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək. Birinci mərhələdə 39 min 906 nəfər, boş qalan plan yerlərinə isə 348 nəfər qəbul olub.

 

Daha çox xəbərlər