Siyasət 

Pakistanın “Daily Times” qəzetində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalə dərc olunub

ARANTV.AZ xəbər verir ki, Pakistanın nüfuzlu “Daily Times” qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalə dərc olunub.  “Mehriban Əliyeva-qəhrəman müsəlman lider” adlı yazıda Mehriban Əliyevanın dövlət və ictimai xadim kimi fəaliyyətindən bəhs edilir.

“Mehriban Əliyeva müasir müsəlman dünyasının dinamik siyasətçisi və ictimai xadimdir. O, Qərb və Şərq mədəniyyətinin möhtəşəm sintezinin rəmzi kimi, qadınlar üçün ilham mənbəyidir.” Bu fikirlər Pakistanın nüfuzlu “Daily Times” qəzetində dərc olunan məqalədə əksini tapıb. Müəlif Afşan Malik bildirir ki, mədəniyyət və incəsənətin təbliğində əsas simalardan olan Mehriban Əliyeva islami və insani dəyərlərin qorunmasına daim əhəmiyyətli töhfə verib. Özünəməxsus aydın vətəndaş mövqeyi olan Mehriban Əliyeva siyasi həyatda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi də mühüm rol oynayır. Azərbaycanın birinci xanımı 2004-cü ildən ölkənin ümummilli lideri Heydər Əliyevinin adını daşıyan fondun prezidentidir. Fond Azərbaycanda elm, mədəniyyət, səhiyyə, idman və ətraf mühit sahəsində müxtəlif layihələr hazırlayır və həyata keçirir. Tolerantlıq, harmoniya və müxtəlif dinlərə mənsub insanlar arasında dinc birgəyaşayışın vətəni sayılan Azərbaycanda dini icmaların yaşayışına, azad etiqadına təminat verilir. Bu baxımdan, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində çoxsaylı məscidləri, məbədləri bərpa edib. Yazıda vurğulanır ki, 2015-ci ildə Mehriban Əliyeva Bakıda keçirilən birinci Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitələrinin sədri olub. Yazıda o da bildirilir ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlayıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələr həyata keçirilib. “Pakistanda Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilən sosial və humanitar layihələr onun ölkəmizə səmimi münasibətinin təzahürüdür”.

Daha çox xəbərlər