Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ziya Məmmədov xalqı dolayır…

By Vüsal Rafiqoğlu
09.02.2021 3 Min Read

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə bildirib ki, Ucarda mal-qara saxlayır, arpa-buğda əkir, çünki dolanmaq lazımdır.

İllər əvvəl mətbuat onun böyük qoyunçuluq, mal-qara, fermer təsərrüfatlarının olması barədə yazırdı. Bir vaxtlar dövlət büdcəsini “asfaltlamaqla” öz “yamaqlarını” yamayan sabiq nazir Ziya Məmmədov, bu gün qoyun-quzu, mal-qara saxladığını özü etiraf edir. Amma necə, guya keçmiş nazir kasıblayıb, dolanmaq üçün iri və xırdabuynuzlu heyvan saxlamağa məcbur olub, arpa-buğda, yonca əkir. Vaxtilə milyardlarla dövlət vəsaitini mənimsəyən sabiq nazirin “dolanmaq çətindir” deməsi sadə vətəndaşlarda haqlı olaraq, onları dolamaq kimi anlaşılıb və bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Əslində bu barədə fikir bildirməsini istədiyimiz bəzi deputatlar Ziya Məmmədovun adını eşitcək, “mənim onunla kəsişən nöqtəm yoxdur”, “vəzifədən çıxıbsa mütləq tənqid etməliyik, axı bu nəyə lazımdır?”, “yaxşı olar ki, başqa mövzu işləyəsiz” kimi məsələhətlər verməyə də çalışdılar… Demək, Ziya Məmmədovun “qılıncı” hələ də kəsərini itirməyib…

“Ziya Məmmədov o açıqlamanın hansı reaksiya doğuracağını düşünməli idi”

Ziya Məmmədovdan asılılığı, yaxud qorxusu olmayan iqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, keçmiş, indiki siyasi fiqur, yaxud vəzifəli şəxs hansısa açıqlama verərkən, o açıqlamanın hansı reaksiya doğuracağını öncədən proqnozlaşdırmalıdır:

“Ziya Məmmədov belə bir açıqlama verərkən, anlamalıydı ki, insanlar bunu başqa cür anlayacaq. Çünki illərdir ölkənin ən varlı adamlarından biri olduğu hamıya bəllidir, ən azı mətbuat illərdir bunu yazırdı. Söhbət yüz milyonlarla manatdan gedir. Amma indiki məqamda onun pozitiv məqsədlə verdiyi bir açıqlama, haqlı olaraq, insanlarda qıcıq yaradır. O özü barədə müsbət, pozitiv bir fikir formlaşdırmaq istəyirdisə də belə, tam əks-reaksiya doğurdu. Sanki xarici banklarda aktivləri olan biri 5 qoyun, 3 inək saxlamaqla dolanır. Hamı da bilir ki, bu, belə deyil. Onun, ailə üzvlərinin, oğlunun Amerikada, Londandakı aktivləri, şirkətləri, biznes şəbəkələri barədə dəfələrlə yazılıb. Ziya Məmmədovun bu açıqlaması həm məmur sinfinə, həm də dövləti indi və keçmişdə idarə edənlərə qarşı mənfi rəy yaradır. Çünki inandırıcılığı sıfırdır”.

İnkişaf tənqiddən keçir…

Ekspertin sözlərinə görə, illərdir müxalifətin etdiyi tənqidlər bu gün reallıqda təsdiqlənir:

“Məsələ burasındadır ki, bir çox təbəqə, o cümlədən məmuriyyət sinfi dövlət və hakimiyyəti bir-birindən ayıra bilmir. Uzun illərdir, bunun çətinliklərilə üz-üzə olmuşuq, təzyiqlərə məruz qalmışıq. Hətta həmin vaxtlarda biz izah edə bilmirdik ki, dövlət və hökumət fərqli nəsnələrdir. Hökumət institutsional olaraq, ölkəni idarə edən məmur sinfidir, dövlət isə hamımızındır, ortaq dəyərimizdir, onu hamımız qorumalıyıq. Hakimiyyəti tənqid isə inkişaf üçündür, kiməsə qarşı çıxmaq kimi qiymətləndirilməməlidir. Çoxları dövlət və hakimiyyəti bir-birindən ayıra bilmədiyi üçün məmurların tənqidi az qala dövlətə qarşı çıxmaq kimi qiymətləndirilir. Bundan istifadə edən korrupsioner məmurlar, sivil topluma, vətəndaş cəmiyyətinə, jurnalistlərə hücumlar təşkil edirdi. İndi asta-asta bu məsələ düzəlməyə doğru gedir. Praktik olaraq isə tənqid əsaslı olduğu üçün məmurlar buna dözmürdülər”.

“Vəzifə büdcə oğurluğuna vasitə olmamalıdır”

N.Cəfərli qeyd edib ki, Azərbaycanda bəzi məmurlar vəzifədən qoruyucu şit, sipər kimi istifadə edirlər:

“İndi maraqlıdır ki, bir vaxtlar bizim tənqid etdiyimizi hökumət KİV-ləri belə tənqid edir. Vəzifənin qalxan olması məfhumu getdikcə arxada qalmalıdır. Vəzifədən qalxan kimi istifadə edib, bütün qanunsuzluqları həyata keçirən məmur tayfası yetişib. Ölkə rəhbərinin də dəfələrlə tənqid etdiyi kimi, bunlara son qoyulmalıdır. İnsan faktorunun idarəetmədə arxa plana keçməsinin, sistemin, oyun qaydalarının, qanunların önə çıxmalı olduğu bir zamanı yaşayırıq. Bu zaman transformasiya baş versə, ölkə üçün çox böyük irəliləyiş olacaq. Bu bir daha sübut edir ki, sağlam müxalifət, sağlam jurnalistika, sağlam toplum dövlətin özünə lazımdır. Uzun illər bunun zəiflədilməsi, dağıdılması yolu tutulmuşdu ki, məmurlar rahat şəkildə büdcəni oğurlasınlar, amma indi vəziyyət mütləq dəyişikliyə doğru gedir”.

Xalqı “dolamaq lazımdır” düşünüb, “dolanmaq lazımdır” deyib

Siyasi ekspert Ərəstun Oruclu da Ziya Məmmədovun insanları doladığını düşünür:

“Yəqin o, xalq olaraq bizi “dolamaq lazımdır” düşünüb “dolanmaq lazımdır” deyib və dolayır da. Sizi bilmirəm, mən həmin an düşündüm ki, məsələn, Ziya müəllim (müəllimlər bağışlasın məni) əlində qaşov malın arxasını qaşovlayır, onun Badamdardakı mülkünü bəyənməyib bir gecədə sökdürən xanımı isə rezin çəkmədə inək sağır.

Bəli, azı 5-6 milyon manat oğurluq pula tikilmiş böyük bir imarəti bəyənməyib və sökdürüb. Əlbəttə ki, anlaşılandır, çünki əsil-nəcabəti bir neçə nəsil Versaldan, Bukingem sarayından gələnlər ən azı məkan olaraq Badamdarı bəyənməzlər.

Əlbəttə ki, ziyaməmmədovlar bizi dolayırlar, amma bunun üçün daha ağıllı bir söz tapa bilmirlər, çünki ağıl mal-qaradan, tövlədən, qaşovdan, təzəkdən-peyindən o yana keçməyib”.

Ə.Oruclu deyir ki, bu məsələdə bir hikmət də var: “Diqqət yetirmisinizsə, milyardlar oğurlamış məmurların biznesdə maraq dairəsi mal-qaradan, tövlədən, pomidor-xiyardan uzağa gedə bilmir. Bir az “abırlıları” da uzaqbaşı hotel almaqla kifayətlənir. Çünki təfəkkür budur, düşüncə budur və başqa cür də ola bilməz”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bizdə tənqid sevilmir – Zahid Orucla MÜSAHİBƏ

Next

Ötən il Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub?

Xəbər lenti

  • Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü – VİDEO 12.07.2026
  • Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir 12.07.2026
  • Türkiyə Prezident Administrasiyasının rəsmisi Şuşadakı dəyişiklikləri yüksək qiymətləndirib 12.07.2026
  • Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edilib 12.07.2026
  • Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏYENİLƏNİB 12.07.2026
  • Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq 12.07.2026
  • IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər 12.07.2026
  • Maşın yağı niyə bahalaşıb? 12.07.2026
  • Sabah çimərliklərdə isti olacaq 12.07.2026
  • Sabah rayonlarda 39 dərəcə isti olacaq 12.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 12.07.2026
  • Pensiyalar nə vaxt veriləcək? – TARİX AÇIQLANDI 12.07.2026
  • Prezident: Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb 12.07.2026
  • Tovuz döyüşlərindən 6 il keçir 12.07.2026
  • Bakıda güclü külək – sürəti 17 m/s-yə çatır 12.07.2026
  • Güclü yağış daşqına səbəb oldu – Küçələr su altında 12.07.2026
  • Hacıqabulda yol qəzasında yaralananların son durumu 12.07.2026
  • Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib 12.07.2026
  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv