Çərşənbə, 08 İyl, 2026

Balakəndə faciə: sel odun yığmağa gedən kənd sakinini apardı

Balakəndə güclü yağışlardan sonra baş verən sel hadisəsi faciəyə səbəb olub. Musavat.com xəbər verir ki, rayonun Katex kənd sakini Rzayev Aslan Ramazan oğlu Katex çayında sel sularına düşərək itkin düşüb. İlkin məlumata görə, hadisə bu gün saat 13:00-14:00 radələrində baş verib. Aslan Rzayev iki çayın birləşdiyi ərazidə odun parçalarını toplamaq istəyərkən sel sularına qərq olub. Katex […]

Meyiti yaşadığı evin həyətindən tapıldı

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb. “İki sahil” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Xaçmaz rayonunda zəlzələ olub

Xaçmaz rayonunda zəlzələ qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, saat 5:58-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 45 km olub. Zəlzələ hiss edilməyib.

Ağdamda su anbarında övladları ilə birlikdə batan polis şəhid övladı imiş

Ağdamda su anbarında övladları ilə birlikdə batan polis Şərif İsgəndərov şəhid övladı olub. Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur. Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, […]

Ağdamda ata azyaşlı övladları ilə su anbarında batdıYENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il […]

Ağdamda ata və iki övladı su anbarında batdı

Ağdam rayonunda faciəli hadisə baş verib. Ölkə.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini Şərif Cəmşəddin oğlu İsgəndərov iki övladı ilə birlikdə su anbarında çimərkən boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları […]

Tiktokerin həbsi ilə bağlı hökm çıxaran məhkəmədən AÇIQLAMA

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinə görə məhkum edilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə çıxarılmış hökm ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxsi, hakim Ramilə Xəzri rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, İlduzə Hacıyevaya […]

2 yaşlı körpə pnevmoniyadan öldü

Gəncədə 2 yaşlı qız uşağı vəfat edib. TƏBİB-dən Musavat.com-a verilən məlumata görə, iyunun 30-da saat 11:30 radələrində 2024-cü il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bildirilib ki, serebral iflicdən əziyyət çəkən uşağın həyatını xilas etmək üçün reanimasiya tədbirləri görülsə də, o, törədicisi müəyyən olunmamış […]

Arzum ləqəbli tiktoker məhkəmə zalında həbs olundu

Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə cəza verilib və o məhkəmə zalından həbs edilib. Bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub. Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 […]

Sabiq rektor Nurlana Əliyeva VƏFAT ETDİ

Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri Nurlana Əliyeva vəfat edib. Musavat.com xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib. Nurlana Əliyeva son vaxtlar səhhətində yaranmış problemlərlə əlaqədar xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, N.Əliyeva uzun illər Bakı Slavyan Universitetinə rəhbərlik edib və ictimai-siyasi fəaliyyətlə məşğul olub.