Gündəm
YAP-da qəfil DƏYİŞİKLİKLƏR – Nə baş verir?
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib və partiyanın bir neçə rayon təşkilatına yeni sədrlər təyin olunub. Bu barədə YAP məlumat yayıb. Məlumata görə, iclasda YAP-ın Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və […]
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi imzalayıb. Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə […]
DİQQƏT! Ətin qiyməti bahalaşır?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yeni qərarına əsasən, bundan sonra ölkəyə idxal olunan diri heyvanlar yalnız xüsusi təchiz olunmuş, ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. Daşınmada istifadə edilən avtomobillər mütləq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”ndə nəzərdə tutulan tələblərə tam cavab verməlidir. Yeni qaydaların qüvvəyə minməsi ictimaiyyətdə müxtəlif […]
Prezident İlham Əliyevin fəaliyyətinə ictimai dəstək yüksək səviyyədədir – RƏY
Bu etimad əldə olunan tarixi, siyasi, sosial və iqtisadi uğurların cəmiyyətdə formalaşdırdığı real münasibətin ifadəsidir Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti ictimai rəydə” adlı sosioloji sorğunun nəticələri Prezident İlham Əliyevin fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərir. “Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti ictimai rəydə” sosioloji sorğusunun nəticələri göstərir ki, Prezident İlham […]
Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə büründü – FOTO
Bakıda yerləşən Heydər Əliyev Mərkəzi ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə xüsusi işıqlandırılıb. Musavat.com xəbər verir ki, mərkəzin binası ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb. Paytaxt sakinləri və şəhər qonaqları tərəfindən maraqla qarşılanan görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Qeyd edək ki, ABŞ 1776-cı ildə müstəqilliyini elan edib.
Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi
Torpaqların azadlığından rəqəmsal suverenliyə keçidin mahiyyətini anlamaq Azərbaycanın yeni dövlətçilik modelini dərk etməyin əsas şərtidir. Son otuz ildə Qarabağ məsələsi millətimiz üçün hərbi-siyasi və milli səfərbərlik – dövlətçilik mübarizəsinin simvoluna çevrilmişdi. Zəfərdən sonra tarixi missiyanın yerinə yetirilməsi ilə Azərbaycan fiziki coğrafiyası ilə yanaşı, rəqəmsal sərhədlərini də yenidən müəyyən edən fərqli inkişaf mərhələsinə daxil olur. Yeni […]
Qlobal fırtınalar fonunda sabitlik adası: Azərbaycanın təhlükəsizlik strategiyası
Prezident İlham Əliyevin güclü liderliyi, uzaqgörən dövlətçilik təfəkkürü, müstəqil xarici siyasəti və cəmiyyətin daxili həmrəyliyi ölkəmizi qlobal təlatümlər dənizində sarsılmaz və etibarlı bir limana çevirib Müasir dünyada qlobal və regional səviyyədə cərəyan edən geosiyasi təlatümlər, iqtisadi böhranlar və təhlükəsizlik təhdidləri fonunda dövlətlərin daxili sabitliyini qoruması ən çətin və mühüm vəzifələrdən birinə çevrilib. Bu sabitliyin, milli […]
Yüksək vətəndaş etimadı
Müasir dövrdə ictimai rəy dövlət idarəçiliyinin səmərəliliyini qiymətləndirməyə imkan verən ən mühüm sosial indikatorlardan biri hesab olunur. Dövlət institutlarına etimadın səviyyəsi, siyasi rəhbərliyin fəaliyyətinə münasibət və vətəndaşların seçki davranışı cəmiyyətdə mövcud olan sosial-siyasi ab-havanı, idarəetmənin effektivliyini və ictimai sabitliyin dayanıqlığını əks etdirən əsas meyarlardır. Bu baxımdan, 20–30 may 2026-cı il tarixlərində Medianın İnkişafı Agentliyinin sifarişi […]
Etimadın zirvəsində dayanan Lider – ŞƏRH
İctimai rəy Prezident İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verir. Rəqəmlər göstərir ki, dövlət başçısına olan inamın əsasını bütün sahələrdə qazanılan uğurlar və həyata keçirilən ardıcıl siyasət təşkil edir Cəmiyyətdə formalaşan ictimai rəy dövlət idarəçiliyinin səmərəliliyinin, həyata keçirilən siyasətin və qəbul olunan qərarların vətəndaşlar tərəfindən necə qiymətləndirildiyini göstərən əsas meyarlardan biridir. Məhz bu baxımdan mütəmadi keçirilən […]
Xalqın iradəsini ifadə edən yüksək etimad – ŞƏRH
Xəbər verildiyi kimi, Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edib. Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib. […]