Çərşənbə, 08 İyl, 2026

Quru Qoşunlarında əməliyyat təlimi keçirilir

2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.  Təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir. “İki sahil” xəbər verir ki, təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, […]

Zakir Həsənov komandanları təltif etdi – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci […]

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin- MN-dən çağırış

Müdafiə Nazirliyi hərbi qulluqçuların hərbi təhlükəsizliyinə dair çağırış edib. Musavat.com xəbər verir ki, bununla bağlı vacib qaydalar nazirliyin sosial şəbəkə hesabında paylaşılıb. Yayımlanan videoçarxda bildirilib ki, hərbi intizamın qorunması, təhlükəsizliyin təmin olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin sabitliyi ümumi vətəndaş məsuliyyətidir. Sözügedən qaydalardan birincisi olaraq qeyd edilən məsələ bəzi hərbi hissələrdə baş verən hadisələrin ailə üzvləri […]

ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib – VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başa çatıb. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına […]

Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-mayor Burhan Aktaşın rəhbərliyi ilə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarının rəhbər və professor-müəllim heyəti, eləcə də həmin təhsil müəssisələrində keçirilən “Qərargahın idarə olunması kursu”nun dinləyiciləri Azərbaycanda səfərdədir. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Səfərin planına uyğun olaraq nümayəndə heyəti ilə görüşən […]

Hərbi xidmətə çağırış başladı

Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır. Ölkə.az xəbər verir ki, Prezident İlham Əliyev 2026-ci ilin mayın 20-də Azərbaycan Respublikası vətəndaşlarının 2026-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün […]

Qazaxıstanda ordunun döyüş hazırlığı üzrə irimiqyaslı təlimlər başlayır

Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması üzrə hərtərəfli taktiki-döyüş təlimləri keçiriləcək. “İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirlər qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması zaman şəxsi heyətin və bölmələrin praktiki bacarıqlarının təkmilləşdirilməsinə yönəlib. Müdafiə Nazirliyi qeyd […]

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi əməliyyat qüvvələrinin “Qafqaz Qartalı 2026” üçtərəfli təlimi başa çatıb. “İki sahil” xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tbilisi yaxınlığında Muxrovanidəki Mayor Gela Çedia Xüsusi Təyinatlı Təlim Mərkəzində xüsusi mərasim keçirilib. Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze, Azərbaycan Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini general-mayor […]

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir

26 İyun – Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub. “İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, müasir tələblərə cavab verən idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və […]

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib – VİDEO

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. “İki sahil” xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, […]