Finlandiyada koronavirusun yeni mutasiyası tapıldı

Finlandiyada koronavirusun yeni mutasiyası tapıldı

Finlandiyada koronavirusun yeni mutasiyası müəyyən edilib.

Bu barədə VİTA laboratoriyası məlumat yayıb.

Yeni mutasiyaya Fin-796H adı verilib. Yeni varinat koronavirusun həm Britaniya, həm də Cənubi Afrika ştammlarının xüsusiyyətlərini daşıyır.

Laboratoriyadan bildirilib ki, yeni mutasiyanın PCR testi ilə müəyyən edilməsində çətinliklər yarana bilər.