Nazirlik əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkdi

Nazirlik əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkdi

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər.

Nazirlikdən verilən məlumata görə, martın 10-da təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Məlumat üçün bildirək ki, qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.