Yolu keçmək istəyən 32 yaşlı kişini avtomobil vurdu

Yolu keçmək istəyən 32 yaşlı kişini avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Fərəcov Azər Oktay oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol dizin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.